en

KARYERA

IMIC – daim yüksək nəticələr əldə etməyə yönəlmiş, yüksək potensial və yüksək motivasiyalı mütəxəssislər axtarışındadır. Gənc, istedadlı mütəxəssis və məzunlar istənilən vaxt müraciət edə bilərlər.


Bundan əlavə, IMIC mütəmadi olaraq tələbələr üçün təcrübə proqramları təklif edir.
CV göndərin: hr@imic.az

Mövcud vakansiyalar:


Mühasib

İngilis, rus, azərbaycan dillərinə və qərb təhsilinə malik şəxslərə üstünlük verilir.

Vəzifələri:

  1. Ödəniş çeklərini hazırlayaraq vaxtında və dəqiq ödənişi təmin etmək;
  2. Ödənişləri həyata keçirmək üçün mühasibatlıq sisteminə kredit və debetləri daxil etmək;
  3. Hesab üzrə ödənişlərlə bağlı hesabat və faylları hazırlamaq və saxlamaq;
  4. Aktivlər və öhdəliklərin balansı üzrə hesabatları hazırlamaq və saxlamaq;
  5. Şirkətin on maliyyə mərkəzlərindən daxilolmaların korporativ olaraq düzgün balanslaşdırılmasını təmin etmək;
  6. Şirkətin mühasibatlıq sistemi vasitəsilə müntəzəm olaraq hesabatları hazırlamaq və davam etdirmək;
  7. Şirkətin mühasibatlıq sistemində qeydiyyata alınması üçün mütəmadi olaraq hesabat hazırlayıb təqdim etmək;
  8. Şöbənin rəhbərləri tərəfindən təyin edilmiş digər vəzifə və öhdəlikləri yerinə yetirmək;
  9. Müəyyən edilmiş missiyalara uyğun olaraq nəticələr əldə etmək.

İxtisaslaşma: Bakalavr

Mühasibat / Maliyyə sahəsində, mühasibat uçotu və ödənişləri üzrə 1 il iş təcrübəsi

Maliyyə xidmətləri sənayesində mühasibat qaydalarının, siyasətinin və prosedurlarının bilikləri

Üstün Excel bacarığı

Biznesin inkişafı üzrə mütəxəssis

Vəzifənin məqsədi:

Şirkəti potensial və hazırki müştərilər qarşısında təmsil etmək, biznesin inkişafında rəhbərliyə dəstək göstərmək, yeni müştərilərin cəlb olunması və işin keyfiyyətinin daima artmasına şərait yaratmaq.

Əsas vəzifə və öhdəliklər:

  • Bazardakı hazırki vəziyyətin araşdırılması, analiz edilməsi, biznesin inkişafı üçün rəhbərliyə təkliflərin irəli sürülməsi və uyğun olaraq şirkətin stratejik planının yenilənməsində şirkət rəhbərliyinə dəstək göstərilməsi;
  • Potensial müştərilərin müəyyən edilməsi, onların tələblərinə və ehtiyaclarına uyğun olaraq təkliflərin hazırlanması;
  • Peşəkar prezentasiyaların, təklif paketlərinin hazırlanması və təqdimatların edilməsi;
  • Potensial müştərilərlə görüşlərin təyin edilməsi, şirkətin portfoliosunun təqdim edilməsi;
  • Mütəmadi olaraq, işin statusu ilə bağlı rəhbərliyə məlumat vermək və uyğun olaraq hesabatların hazırlanması.

Minimum tələblər:

  • Ali təhsil
  • Azərbaycan, ingilis, rus dili bacarıqları;
  • Biznesin inkişafı, marketinq, PR və ya başqa əlaqəli sahədə minimum 2 il iş təcrübəsi;
  • Çox yaxşı kompüter bilikləri (sürətli araşdırma, MS Office proqramlarında operativ çalışma);
  • Biznesin inkişafı və korporativ satış, marketinqlə bağlı biliklər;
  • Peşəkar kommunikasiya bacarıqları;
  • Nümunəvi şifahi və yazılı kommunikasiya qabiliyyəti;
  • Yüksək təqdimat və inandırma bacarığı;
  • Komanda ilə işləmə bacarığı;

Bütün qəbul olunan CV-lər gözdən keçirililərək, uyğun olan kandidatlar müsahibəyə dəvət olunacaqlar. Mövzu sətirində “Biznesin inkişafı üzrə mütəxəssis” qeyd edərək CV-ləri hr@imic.az electron poçt ünvanına göndərin.

IT Kordinator

Öhdəliklər:

1)Şirkətinin İT sistemlərin fəaliyyətini təmin edilməsi; 
2)İT avadanlığının, kompüterlərinin, ofis avadanlığının, ATS-in quraşdırılması və idarə olunması; 
3)İT şəbəkəsinin fəaliyyətini və təhlükəsizliyinin təmin edilməsi; Istifadəçiləri resurslara qoşulması; 
4)İstifadəçilərə texniki dəstək və proqram təminatının yazılması, sazlanması, istifadəçilərə məsləhətlərinin verilməsi, istifadə olunan proqram təminatın təlimatların hazırlanması və istifadəçilərin diqqətinə çatdırılması;
5)İnfrastrukturun davamlı monitorinqi (həm proqram, həm də avadanlıq üzrə); 
6)Daxili şəbəkənin, domen strukturunun, 1C, AD, poçt serverlərinin yaradılması və idarə olunması; 
7)Serverlərin, 1C və digər proqram təminatlarının quraşdırılması, yenilənməsi və rezervasiyası; 
8)Mühasibat proqramları ilə işləmək bacarığı: 1C 8.x ; Bitrix24 (inteqrasiya) və digər proqramlar; 
9)Video nəzarət avadanlıqlarının monitorinqi; Sənədlərin və hesabatların saxlanılması; 
10)İT infrastrukturunun inkişafı, yeni həllərin tətbiqi və s.;